Azərbaycanda 60-dan çox yeni kurqan tapılıb
28.04.2017 857 0.0 0

Naftalan şəhəri ərazisində 7, Goranboy rayonu ərazisində isə 54 yeni kurqan qeydə alınıb. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun 2016-cı il üzrə hesabatında bildirilib ki, Tovuz rayonu ərazisindəki Göytəpə neolit dövrü yaşayış məskənində isə ilk dəfə olaraq ocaq yerində metal (auzit) hissəcikləri tapılıb, Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonları ərazisində arxeoloji tədqiqat işləri aparılıb, çox saylı abidələr qeydə alınıb.

 

“Ordubadda Plovdağ kompleksində davam etdirilmiş tədqiqatlar nəticəsində Naxçıvanın ilk və orta tunc dövrü tarixi və mədəniyyətinin tədqiqi üçün çox qiymətli yeni tapıntılar əldə olunub”, - deyə hesabatda qeyd olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar