Azərbaycanda 58 yaşlı qadın özünə od vurdu
03.12.2015 646 0.0 0

Gədəbəy sakini intihara cəh edib. O, üzərinə benzin tökərək özünü yandırıb.

Gədəbəy Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Şınıx kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Famil qızı Hüseynova özünü yaşadığı evdə yandırıb. Bədəninin 95 faizi yanan qadını ailə üzvlərinin köməyi ilə dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın Bakıdakı Yanıq Mərkəzinə gətirilib. Mərkəzdən xəstənin reanimasiya şöbəsində olduğunu və vəziyyətinin çox ağır olduğunu bildirdilər.

57 yaşlı qadının özünü hansı səbəbdən yandırdığı hələlik məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsində araşdırma aparılır.

Sonuncu özünü yandırma faktı noyabr ayının 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında qeydə alınıb. Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov üzərinə benzin törərək özünü yandırıb. O, dərhal ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda vəziyyəti normaldır. O, özünü banka olan borcuna görə yandırmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar