Azərbaycanda 4 universitetin rektoru dəyişəcək
02.11.2015 611 0.0 0

Azərbaycanda 4 universitetin rektoru tezliklə dəyişəcək.

Məlumata görə, deputatlığa namizədliyini irəli sürən 4 rektorun adı - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) artıq seçilənlər sırasındadır.

 

Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov - 65 saylı Saatlı - Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə - 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.

Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər. 

Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb. 

 

Siyavuş Novruzov - Yeni Azərbaycan Partiyasının icra katibinin müavini


Həmin millət vəkillərinin rektor olduğu təhsil ocaqları ilə əlaqə saxladıq.Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Günel Aslanova bildirdi ki, hələ heç bir dəyişiklik yoxdur. "Rektor Əhliman Əmiraslanov iş başındadır. Öz vəzifəsini icra edir."

Digər universitetlərdə də rektorlar hələ ki, öz vəzifələrini icra edirlər.Amma yaxın vaxtlarda dəyişiklik olacağı istisna edilmir.

Bəzi universitetlərin rəhbərləri isə deputatlıqdan imtina edərək, rektor kimi qalmağa üstünlük verdilər. Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Abel Məhərrəmov bu ilki parlament seçkilərində iştirak etməməsini belə izah etdi.

“Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım."

 


Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru

 

Amma tutduğu vəzifədən asılı olmayaraq, hamının bir borcu var: Vətənə və onun vətəndaşlarına layiqincə xidmət etmək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar