Azərbaycanda 2 nəfərdə H3N2 VİRUSU AŞKARLANDI
10.01.2017 859 0.0 0

Bu həftə ərzində Respublika Taun Əleyhinə Stansiyanın 5 yaxma nümunəsi daxil olub. Onlardan 2-dən H3N2 virusu aşkarlanıb.

Qazeta.info bildirir ki, bunu Publika.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, virus aşkarlanan hər iki şəxsin vəziyyəti yüngül olub: “Onların heç birinin stasionar müalicə almasına ehtiyac olmayıb. Ümumiyyətlə, H3N2 virusuna yoluxmuş şəxslər vəziyyət ağırlaşmadan qabaqlayıcı tədbirlər görməlidirlər. Əks halda, fasadlaşmış formada böyrək çatışmazlığı və bir sıra problemlərlə nəticələnə bilər. Başqalarını yoluxdurmamaq üçün yaxşı olar ki, gigiyenik qaydalara əməl edilməlidir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar