Azərbaycanda 14 yaşlı oğlan özünü güllələyib
28.12.2016 911 0
Saatlıda 14 yaşlı oğlan özünü güllələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 27-də Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər