Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı qanun qəbul olunacaq
11.03.2016 603 0.0 0

Bu gün Azərbaycanda 12 illik təhsilə keçidlə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklərin aparılması müzakirə obyektidir. 
 
Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov deyib ki, 2009-cu ildə qəbul edilən "Təhsil qanun haqqında" çərçivə qanunudur. Onun sözlərinə görə, bunun əsasında təhsilin ayrı-ayrı pillələri üzrə qanunlar qəbul olunacaq: “Parlamentdə Məktəbəqədər təhsil üzrə qanunun qəbulu ilə bağlı artıq işlər başlayıb. Biz 5 yaşdan daha çox uşağın məktəbə hazırlığa cəlb olunmasına nail olmalıyıq. Bugünkü təcrübə onu göstərir ki, 5 yaşından hazırlıq keçən uşaqlar məktəbə gedəndə daha hazırlıqlı və çevik olur, mövcud standartları daha asan mənimsəyirlər”.
 
Q. Novruzov qeyd edib ki, hazırda 12 illik təhsilə keçid zamanı uşaqların məktəbə qəbulla bağlı yaş məsələsi, təhsilin strukturu, ibtidai təhsil, orta təhsil, tam orta təhsilin necə olacağı və digər mövzular müzakirə edilir. O deyib ki, yekunda 12 illik təhsilə keçidin strukturu müəyyənləşəcək: “12 illik təhsilə keçiddən sonra uşaqların ali məktəbə qəbul olması məsələsi həllini tapacaq. Burada hansısa çətinliyin olacağına inanmıram. Hərbi xidmət məsələsinə gəlincə, bu, institutun səlahiyyətlərinə aid deyil”.
 
12 illik təhsilə keçidlə bağlı fənlərin məzmununa da dəyişiklik edilməsini vacib sayan Q. Novruzovun sözlərinə görə, bugünkü reallıq odur ki, Azərbaycanda tədris olunan fənlərin sayı digər aparıcı ölkələrlə müqayisədə çoxdur. Burada fənlərin inteqrasiyası (birləşdirilməsi) nəzərdə tutulur: “Bu gün təqribən 180 yaxın ölkədə 12 illik təhsil tətbiq edilir. Təcrübə göstərir ki, bu gün vətəndaş, şəxsiyyət, bilikli, bacarıqlı yeni nəsil hazırlığını 11 ildə həyata keçirmək müəyyən çətinliklər törədir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar