Azərbaycana payız fəsli daxil olub
23.09.2017 673 0.0 0

Bu gün Azərbaycana payız fəsli daxil olub.

Məlumata görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.

Gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar