Azərbaycana növbəti ikimərtəbəli elektrik qatarı gətirilib
17.06.2016 709 0.0 0

"Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib.
 
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bu, artıq ölkəmizə gətirilən sayca beşinci qatardır.
 
Qeyd edək ki,  “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi   2015-ci ilin mayın 30-da, ikincisi isə isə mayın 31-də, üçüncüsü isə avqustun 20 -də  Bakı sərnişin stansiyasına gətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. "Azərbaycan Dəmir Yolları" QSC-də gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər  davam etdiriləcək.
 
Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group”  şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılıb. 13 may 2015-ci ildə Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika  sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar