Son iki ayda prezident İlham Əliyevin sərəncamı və tapşırıqları ilə bir çox sahələrdə ciddi islahatlara start verildi. Artıq Dövlət Gömrük Komitəsindən bununla bağlı əməli addımların atılması ilə bağlı xəbərlər gəlməkdədir. Bu xəbərlər sadə vətəndaşlara və sahibkarlara nə vəd edir?
Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi general-mayor Mirqasım Vahabov “Nəzər Nöqtəsi”ndə sualları cavablandırıb.
– Tamaşaçıları ən çox maraqlandıran məsələlərdən biri gömrük məntəqələrində uzun müddət fəaliyyət göstərən bloker şirkətlərinin sıradan çıxarılmasıdır. Bu vətəndaşlara nə vəd edir? Bu vətəndaşlar və sahibkarlar üçün hansı üstünlüklər yaradacaq?
– Cənab prezidentin müvafiq göstərişinə əsasən bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da islahatlara start verilib və proses davam etdirilir. Bu islahatlar nədən ibarətdir? İslahatların aparılması ilk növbədə gömrük prosedurların sadələşdirilməsinə gətirib çıxarır, idxal edilən malların rəsmiləşdirilməsinin asanlaşdırılmasına və beynəlxlaq münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət göstərir. İslahatlar ancaq ölkənin milli iqtisadiyyatının inkişafına müsbət mənada öz töhfəsini verir.
Broker, təmsilçilik, səlahiyyətli iqtisadi operator inistitutları beynəlxalaq standartlara uyğun olaraq həyata keçirilir. BMT-nin inkişaf proqramları çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyilə Azərbaycan Respublukasının Gömrük Məcəlləsi işlənib hazırlanarkən burada gömrük təmsilçiliyi, gömrük brokeri və səlahiyyətli iqtisadi operatorların statusları müəyyənləşdi. Bunlarda hansı vəzifələri yerinə yetirilməsi Gömrük Məcəlləsində təsbit olunub. Çox sadə və qaydalara uyğun olaraq hər bir şəxs bu fəaliyyət növü ilə məşğul ola bilər.
– Amma bunlara hardasa monopalis kimi baxırdılar və onlar bəzi problemlər də yaradırdılar.
- Məhz buna subyektiv, ümumi fikirlər olmaqla bir neçə anspektdən yanaşaq. Biz bunu kimə qadağan edə bilərik? Düzdür, artıq brokerlərə lisenziyaların verilməsi ləğv olunub. Hər bir insan, yəni xarici iqtisadiyyat fəaliyyət iştirakçısının özü belə ölkə ərazisinə mal gətirərkən broker vəzifəsini həyata keçirə bilər. Yəni idxal etdiyi malı bəyan edə bilər. Yaxuda digər bir şəxsə həvalə edə bilər ki, idxal etdiyi malı bəyan etsin. Bir sözlə bəyannəməçi qismində şəxslər iştirak edir və malını bəyan edirlər. Burda bir məqam var. Mal bəyan olunarkən düzgün bəyan olunub, malın gömrük dəyərləndirilməsi düzgün həyata keçirilib və yaxud da yox. Əgər malın gömrük dəyəri düzgün müəyyən olunmayıbsa, son nəticədə, yəni mal rəsmiləşdirməyə buraxılmazdan qabaq gömrük əməkdaşı tərəfindən bir daha yoxlanılır.
Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:/anspress/