Azərbaycana gətirilən məhsullara nəzarət gücləndirilib
05.02.2016 423 0
“Azərbaycana gətirilən məhsullara epidemioloji nəzarət gücləndirilmiş şəkildə həyata keçirilir”.
Bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov deyib. O qeyd edib ki, bu il Azərbaycana gətirilən məhsullarla bağlı hər hansı neqativ hal aşkarlanmayıb: “Ümumiyyətlə, istər dünən, istərsə də bu gün Azərbaycan respublikasına gətirilən bütün məhsullara nəzarət gücləndirilmiş şəkildə həyata keçirilir. Həm də məhsullar hüquqi və fiziki şəxslərin müraciətləri əsasında çox yüksək səviyyədə müvafiq laboratoriyalarda yoxlanılıb, nəzarətə götürülür”. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər