Azərbaycana `Aurus` gətirildi
22.12.2021 391 0.0 0

Rusiya “Aurus” markalı lüks avtomobillərin ilk partiyasını ixraca yönəldib. Bu avtomobillər Bəhreyn, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinə göndərilib. virtualaz.org xəbər verir ki, bu haqda Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Dövlət Dumasında ölkədə avtomobil istehsalının artması haqda danışarkən bildirib. Azərbaycana neçə "Aurus" göndərildiyi haqda məlumat verilmir.
Nazir deyib ki, “Aurus” avtomobillərini Yaxın Şərqin və Şimali Afrikanın 19 ölkəsinə satmaq planlaşdırılır. Manturovun sözlərinə görə, “Aurus” avtomobillərinin ağır versiyası Rusiyanın “NAMİ” dövlət elmi mərkəzində yığılacaq. Bu markadan olan ciplərin seriya istehsalı isə 2022-ci ildən Alabuqadakı “Sollers” zavodunda başlayacaq.

“Aurus” Rusiyada “Putinin limuzini” kimi tanınır və ilk dəfə bu ölkə prezidentinin özü və onu müşaiyət edən şəxslər üçün hazırlanıb. Daha sonra avtomobillərin seriya istehsalı başlayıb. “Aurus” seriyasından olan “Aurus Senat” avtomobilinin Rusiyada qiyməti 320 min dollara yaxındır, ixrac versiyasının qiyməti isə təchizatından və sifarişçinin istəyindən, avtomobilin zireh təbəqəsi ilə örtülməsindən  asılı olaraq 1 milyon dollara qədər ola bilər.

Bu avtomobillər şübhəsiz ki, xüsusi sifariş əsasında təchiz edilir, amma Azərbaycandan "Aurus" sifairş verənlər haqda məlumat yoxdur. Yəqin ki, yaxın vaxtlarda həmin avtomobilləri Bakı küçələrində görmək mümkün olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar