Azərbaycan XİN İstanbuldakı terroru qınayıb
07.06.2016 560 0.0 0

“İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayırıq. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.
 
Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
 
Açıqlamada deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir: “Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar