Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanat yayıb.
Qazeta.info Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadla bildirir ki, bəyənatda altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran İslam Respublikası arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlanıb.
Qazeta.info bildirir ki, bəyənatda daha sonra bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edildiyi bildirilərək : "Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk." deyə qeyd edilib.