AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKMƏNİSTANA ÇAĞIRIŞ ETDİ
30.01.2015 753 0.0 0

Xarici işlər naziri Çavuşoğlu, Trans Anadolu Təbii Qaz Boru Xətti Proyektinin, Türkiyə üçün imtina edilməz bir layihə olduğunu və üç il içində layihənin tamamlanmasının planlaşdırıldığını söyləyib.
 

Türkmənistanın paytaxtı Aşkabadda təşkil olunan Azərbaycan-Türkiyə-Türkmənistan Üçlü Xarici İşlər Nazirləri Toplantısından sonra keçirilən mətbuat konfransında Türkiyə, Azərbaycan və Türkmənistan arasında güclü tarixi, mədəni, siyasi və iqtisadi bağlar olduğunu ifadə edən Çavuşoğlu, bütün dünyanın bunu bildiyini qeyd edib.

 İlk yığıncaqın keçən il may ayında Bakıda təşkil olunduğunu xatırladan nazirlər, bundan sonrakı görüşmənin Türkiyədə həyata keçirlməsini planlaşdırdıqlarını açıqlayıblar. 

Xatırladaq ki, Türkəyəli nazir  Çavuşoğlu öz açıqlamasında yığıncağın son dərəcə məhsuldar keçdiyini bildirərək, tərəflər arasındakı əlaqələrin necə güçləndiriləbiləcəyi istiqamətində müəyyən planların olduğunu söyləyib. Xüsusilə enerji sahəsində əməkdaşlığa toxunan Çavuşoğlu, Avropadakı proseslərə baxıldığında, enerji qaynaqlarının necə çeşitləndiriləbiləcəyi və enerji tələb-təklif təhlükəsizliyinin davamlı gündəmdə olduğunu vurğulayıb.

Nazirlər danışıqlarda Xəzər bölgəsində çıxan həm Türkmən həm də Azərbaycan qazının Türkiyə üzərindən Avropa ölkələrinə qədər etibarlı bir şəkildə necə çatdırıla biləcəyini  müzakirə etdiklərini də açıqlayıblar. 

Nazirlər TANAP-ın imtina edilməz bir layihə olduğunu bildirərək, ilk addımlar  atılaraq, tenderlər imzalandığını, borular sifariş edildi deyə açıqlama vetiblər.

Məlumata görə, Üç il ərzində bu layihənin tamamlanmasını düşünən dövlətlər, Türkmən qazının  bu layihələrə daxil olmasını, həm Türkiyə, həm də Azərbaycanın istədiyir deyə açıqlama veriblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar