Azərbaycan və Sloveniya Müdafiə nazirlərnin görüşü keçirilib
13.03.2015 714 0.0 0

Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müdafiə naziri cənab Yanko Veber ilə görüşüb.
 

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü keçirilib.
Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.
Danışıqlar bitdikdən sonra Müdafiə naziri Şərəf kitabını imzalayıb.
Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və Müdafiə nazirləri görüşün yekunları barədə medianı məlumatlandırıblar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar