Azərbaycan və Gürcüstan arasında Memorandum imzalanıb
04.03.2016 510 0
SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandum imzalanıb.
Məlimata görə, sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.
Azərbaycandan Gürcüstana əlavə olaraq hansı həcmdə qazın nəql olunacağı hələlik məlum deyil. Lakin bundan öncə hər iki ölkənin rəsmiləri dəfələrlə bildirib ki, Gürcüstan əlavə olaraq 500 mln. kubmetr qazın nəql olunmasını istəyir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər