Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatında eyni qrupa düşüb
17.01.2018 1318 2.0 0

Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verilir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.

B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.

B divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 - 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar