Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub
19.02.2016 620 0.0 0

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyev arasında  telefon danışığı olub.
 
 “Belapan.com” saytına istinadən verilən xəbərə görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
 
Məlumatda bildirilir  ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı müzakirə aparıblar. “Prezidentlər qarşılıqlı ticarətin fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər. Belarus tərəfi xüsusilə, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxmaq üçün Azərbaycanla bütün sahələr üzrə birgə istehsalın yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Dövlət başçıları beynəlxalq gündəlikdə olan məsələləri də müzakirə edib və ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıblar”, - deyə məlumatında deyilir.
 
Qeyd edək ki, Azərbaycan və Belarus prezidentlərinin sonuncu görüşü İlham Əliyevin  ötən il noyabrın 28-də Belarusa səfəri zamanı baş tutub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar