Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
15.02.2018 1115 0.0 0

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

 

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. 

 

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.

 

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

 

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar