Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb
12.05.2015 734 0
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcəkdir.
Təlimlər mayın 16-dək davam edəcəkdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər