Azərbaycan təhlükə ilə üz-üzə- cinsi nisbət pozulub
27.03.2015 844 0.0 0

Bu gün Azərbaycanda yenidoğulan uşaqlar arasında cinsi nisbətin pozulması halının qarşısını almaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var.

Qazeta.info bildirir ki, bunu Trend-ə aşıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, son illər doğulan uşaqlar arasında cinsi nisbətin pozulması müşahidə olunur və bu ümumilikdə əhalinin cins strukturuna təsir göstərir: “Komitə dövlət ailə, qadın və uşaq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, demoqrafik təhlükəsizliyin təmin olunması və gələcək nəslin sağlam formalaşması istiqamətini strateji məsələlərdən biri kimi qəbul edir. Komitə hər zaman bu strateji məsələni gündəmdə saxlayır və bu sahədə bir sıra təhlillər aparır, maarifləndirici layihələr həyata keçirir”.

S.Qəhrəmanova bildirib ki, ölkədə yeni doğulan oğlanların sayı qızların sayından daha çoxdur. Yeni dünyaya gələn körpələrdən 53,6%-i oğlanlar, 46,4 %-i isə qızlardır: “Bu balansı tarazlaşdırmaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var. Ailədə cinsə görə ayrı-seçkilik edilirsə, bunun səbəbkarı valideynlərdir, xüsusilə də valideynlərdə formalaşmış stereotiplərdir. Biz bu qənaətdəyik ki, maarifləndirmə yolu ilə insanların düşüncə tərzini dəyişdirmək daha çox təsirli yollardandır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar