Azərbaycan əsgəri şəhid olub
04.02.2016 488 0
Düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər