Azərbaycan əsgəri şəhid oldu
29.01.2016 615 0
Qazeta.info Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.
Bildiririk ki, Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görüləcəkdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər