Azərbaycan sanskiyalarla üz-üzə
24.09.2015 798 0.0 0

ABŞ və Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiya tətbiq etməlidir.

Məlumata görə bunu ABŞ-ın Azərbaycanda ki sabiq səfiri Riçard Kozlariç və “Freedom House” təşkilatının sabiq başçısı Devid Kramer birgə dərc etdikləri məqalədə təklif ediblər.

Sabiq məmurlar ABŞ-ın Azərbaycana qarşı apardığı siyasətini pisləyiblər. “ABŞ bu yaxınlarda 3 nümayəndəsini Bakıya göndəriblər. Xüsusi nümayəndə Amos Xoxşteyn, ABŞ-ın dövlət katibinin müavininin birinci köməkçisi Riçard Xoqland və ölkənin müdafiə nazirinin müavini Evelin Farkas Azərbaycanda enerqetika, transxəzər məsələlərini və təhlükəsizlik problemlərini müzakirə ediblər. Ölkədə insan hüquqları ilə bağlı durumun pisləşməsinə baxmayaraq xanım Evelin Farkas Azərbaycanı ABŞ-ın strateji partnyoru adlandırıb”

 

Riçard Kozlariç - ABŞ-ın Azərbaycandaki sabiq səfiri

 


Kozlariç və Kramerin fikirinə görə “sakit diplomatiya” üsulları və “dərin narahatçılıqla” bağlı bəyanatlar effekt vermir.

Yüksək rütbəli amerikalı məmurların səfərləri isə ABŞ-ın Azərbaycanı dəstəkləməsindən xəbər verir.

“Bu acınacaqlı durum yaxın zamanda dəyişməlidir. İnsan hüquqlarının pozulmasında əli olan azərbaycanlı məmurlarına qarşı sanksiyalar tətbiq olunmalıdır. Kütləvi korrupsiya faktlarına dair araşdırmalara başlanılmalı, siyasi məhbuslar azad olunmalıdır. ABŞ və Aİ sözlərdən hərəkətə keçməlidir”, - deyə müəlliflər öz fikirlərini tamamlayıblar.

1994 - 1997-ci illərdə Azərbaycanda ABS-ın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Riçard Kozlariç ilk dəfə deyil belə təkliflə çıxış edir. Ötən ilin dekabrında da sabiq səfir eyni Azərbaycanın əleyhinə eyni ittihamlarla çıxış edərək, Barak Obamanı Azərbaycana qarşı sanksiyalar qəbul etməyə çağırıb. Elə o zamanda Devid Kramer Kozlariçlə fikir həmrəlliyini nümayiş edərək Avropa liderlərini Birinci Avropa oyunlarını boykot etməyə çağırmışdı. 

 

Devid Kramer - "Freedom House"un sabiq rəhbəri

 

Bu ilin iyununda Bakıda baş tutan Avropa Oyunlarında Beynəlxalq, o cümlədən Avropa liderlərinin iştirakı Kozlariç və Kramerin dediklərinin hədərə çıxmasını sübut etdi. 

Kozlariçin mütəmadi olaraq Azərbaycana qarşı neqativ bəyanatlar səsləndirməsi ABŞ siyasətinin aparıcı siyasi xəttidir. Politoloq Rüstəm Məmmədov məhz bu fikirdədir. Açıqlamasında siyasi şərhçi bildirib ki sabiq səfirin bu cür danışması ABŞ hakimiyyətinin sifarişindən başqa bir şey deyil. “ İstər Kozlariç olsun, ya Uotson, ya Uilson – fərgi nədir? Fakt odur ki bu komanda yuxardan gəlib”. Politoloqun sözlərinə görə ABŞ-ın Azərbaycana qarşı münasibəti göründüyü kimi yaxşı deyil. “ABŞ siyasəti birbaşa Azərbaycana qarşı yönəlib”. 

Azərbaycan əleyhinə ABŞ-da ayrı – ayrı siyasi fiqurların səsləndirdiyi bəyanatların arxasında erməni lobbisinin fəaliyyətinin durmasına gəldikdə isə Rüstəm Məmmədov bu faktı tamamilə istisna etməsə də buna şübhə yanaşdığını bildirdi. “Əslində onlar dövlət adamıdır və xırda-para rüşvətlərə meyllənmirlər. Onlar birbaşa dövlətin siyasətini həyata keçirirlər”.

Politoloqun sözlərində sözsüz ki həqiqət var. ABŞ-ın dəfələrlə Azərbaycana qarşı “ikili standartlar” siyasətinin yürütdüyünün şahidi olmuşuk. Erməstanın Azərbaycan torpağı olan Kəlbəcərdə əsir götürdüyü Dilgəm Əsgərov və Şahbaz Quliyevin, habelə Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən çoxdur ki məcburi köçkün həyatı sürməyə vadar olanların aqibəti ABŞ Dövlət Departamentini özlərinin belə riayət etmədiyi demokratik dəyərlərdən, insan hüquqlarından daha az narahat edir. 

Nədənsə ABŞ hakimiyyəti 1 milyondan çox məcburi köçkünün pozulduğu hüquqlarına görə Ermənistanı ittiham etmir. Amma nədənsə deyil.. ABŞ hakimiyyəti təmsil edən insanların bir çoxunun Erməni diasporu ilə sıx əlaqələri proseslərin nədən belə cərəyan etdiyini açıq aydın göstərir. Eyni səbəbdən Rusiyaya qarşı Krımın ilhaqına görə sanksiya tətbiq edən Ağ Ev Dağlıq Qarabağ münagişəsini başlayanlara və Azərbaycan torpağlarını işğal edənlərə qarşı eyni addımı atmır. 

Son zamanlar “ikili standartlar” sözlərindən tez-tez istifadə olunur, ne etmək olar: ABŞ-ın bəzi hallarda yol verdiyi riyakərarlığı başqa cür adlandırmaq mümkün deyil./anspress/

 

Ağ Ev - Vaşinqton, ABŞ


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar