Azərbaycan sərhədində atışma - Yaralanan var
28.07.2019 721 0.0 0

2019-cu ilin 27 iyul tarixində saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilmişdir.

Qazeta.info Dövlət Sərhəd Xid­mətinin məlumatına əsasən bildirir ki, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alın­mışdır.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozu­cuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilmişdir.

Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən ya­ra­lanmışdır. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunmuşdur, hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçmışlar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam edilmişlər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə gö­rüş keçirilmiş, hadisə yerinə birgə baxış keçirilmiş, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunmuş, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilmişdir.

Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.  Fakt üzrə cinayət işi başlanılmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar