Azərbaycan səfirlikləri tənbəllikdə ittiham olundu
11.02.2016 417 0.0 0

Azərbaycan viza verilməsinə görə dünyanın ən problemli ölkələri sırasına düşüb.

Məlumata görə, 2016-cı ildə 123 qeyri-iş və bayram günü var. Bu günlərdə azərbaycanlılar nəinki Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirliklər də işləmirlər.

Bu fakt Azərbaycanın Böyük Britaniyanın nüfuzlu “Wanderlust” turistik jurnalının tərtib etdiyi mənfi reytinqində yer almasına səbəb olub.

Jurnal yazır ki, Azərbaycanda bir çox dövlət bayramı var və həmin günlərdə ölkə səfirlikləri və miqrasiya qurumları bir həftəyədək bağlı olur.

“Bu doğrudan da viza alınma prosesini gecikdirir. Viza alınmasına dair müraciət etdikdən sonra heç bir üsulla prosesin gedişini izləyə və sənədlərin hazırlanması vaxtına təsir edə bilmirsən. Ona görə uzun müddət ərzində heç nə öyrənə bilməyəcəyinizə hazır olun”.

 

 

Bu reytinqdə Azərbaycanla yanaşı Türkmənistan, Rusiya, İran, Çin, Nigeriya, Hindistan, Tailand, Çad və Sudan daxil olub. Hər ölkə müxtəlif səbəbə görə “Vizaları gecikdirən” adını alıb – bəzi yerlərdə bürokratik məsələlər mane olur, bəzilərində isə ingiliscə danışa bilmirlər.

Azərbaycan səfirlikləri isə çox istirahət etdiyinə görə Azərbaycan anti-reytinqə salınıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar