Azərbaycan Rusiyaya birləşəcək... - 2017-ci ilin ŞOK PROQNOZU
28.12.2016 24671 0.0 0

2017-ci ildə Rusiyanı ciddi siyasi və iqtisadi kataklizmlər gözləyir.

Bildirək ki, bu iddia ilə çoxlarının cadügər adlandırdığı rumın öncəgörən Yelena Yerlin çıxış edib.

Y.Yerlinin fikrincə, Rusiyada iqtisadi böhran davam edəcək və çox ağır nəticələrə səbəb olacaq.

Öncəgörən hesab edir ki, Rusiya prezidenti vəziyyətdən çıxış yolu üçün çalışacaq. Lakin bir sıra regionlar çətin vəziyyətə düşəcək.

“Şimal regionlarında vəziyyət çox mürəkkəb olacaq, uzaq şəhərlərdə etirazlar başlayacaq. Ölkəni siyasi sarsıntılar bürüyəcək. Lakin bu, paytaxta qədər gəlib çatmayacaq. Müharibələr olmayacaq, bəzi rayonlara hərbi müdaxilə ediləcək”, - deyə o bildirib.

Y.Yerlin Azərbaycanın da adının çəkildiyi öncəgörməsində deyir: “2017-ci ildə Qazaxıstan, Azərbaycan və Belarus Rusiyaya birləşəcək. Rusiya dövləti güclənəcək. Rusiya prezidenti üçün isə çətin dövr başlayacaq. Onun sağlamlığı zərər görəcək, xəstələnəcək”./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar