Bu gün Azərbaycan Hərbi-Hava Qüvvələri cəbhə xəttinin bilavasitə yaxınlığında təlim-məşq uçuşlarına başlayıblar. Məlumata görə, bu barədə Ermənistan mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.
“Uçuşlar cənub-şərq istiqamətinin 30 km məsafəsində yerinə yetirilib. Saat 11:00-a olan vəziyyətə görə, uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir”, - deyə məlumatda bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin bu barədə açıqlama verəcəyi gözlənilir.
Azərbaycan qırıcısı
Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
Azərbaycan ordusuna məxsus hərbi texnika./anspress/