Azərbaycan qazı ilə bağlı vacib xəbər
20.06.2015 736 0.0 0

"Abşeron yatağının işlənməsi layihəsi üzrə son investisiya qərarı 2016-cı ildə qəbul ediləcək".

Məlumata görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayev deyib. 

O bildirib ki, "Total" şirkəti hazırda işləyi və son investisiya qərarını hazırlayır: "Son investisiya qərarı 2016-cı ildə qəbul ediləcək. İlk qaz 2020-2021-ci ildə çıxarılacaq. İldə təxminən 5 milyard kub metr qaz tədarük ediləcək. Dəqiq rəqəm növbəti ildə dəqiqləşəcək", - deyə R.Abdullayev deyib.

SOCAR-ın hesablamalarına görə, sözügedən yatağın ehtiyatları 150-300 milyard kub metr qaz təşkil edir.

Xatırladaq ki, 2007-ci ilin fevralında ARDNŞ “Total” şirkəti ilə “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında memorandum, 2009-cu ilin fevralında isə Saziş imzalayıb. 2009-cu il may ayının 22-də Azərbaycan parlamenti bu müqaviləni ratifikasiya edib. Sonradan Fransanın başqa bir şirkəti “Gas de Franse” (GDF/SUEZ ) “Abşeron” strukturunun kəşfiyyatı və işlənməsi layihəsində “Total”ın payının 20%-ni alıb. Hazırda pay bölgüsü belədir: SOCAR 40%, “Total” 40%, “Gas de Franse” 20%./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar