«Azərbaycan Qafqaz regionunda ən vacib tərəfdaşımızdır»
26.02.2015 680 0.0 0
“Azərbaycan Qafqaz regionunda Rusiyanın ən vacib iqtisadi-ticarət və siyasi tərəfdaşıdır”.

 

 “RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Rusiya Federal Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib.

 

O qeyd edib ki, Cənubi Qafqaz respublikaları hərəsi ayrı-ayrılıqda Rusiya üçün vacibdir. “Rusiya regionda sülh və sabitliyin olmasında maraqlıdır”, - deyə o vurğulayb.

 

K. Kosaçov Azərbaycan rəhbərliyinə rus dilinə və ölkədə yaşayan ruslara olan münasibətinə görə təşəkkür edib. Rusiya ilə Azərbaycan arasındakı humanitar əməkdaşlığın dövlət səviyyəsində böyük layihələri nəzərdə tutduğunu deyən rusiyalı parlamentari iki ölkə arasındakı tərəfdaşlığın vacib istiqamətlərdən biri kimi energetika sahəsini önə çəkib.

 

Regional tematikaya toxunan K. Kosaçov Azərbaycanı Rusiyanın ən vacib tərəfdaşı, Ermənistanı isə ən yaxın tərəfdaşı adlandırıb.

 

Rusiyalı parlamentari qeyd edib ki, ölkəsi Azərbaycan, Ermənistan və Gürcüstanın qonşusu kimi regionda mövcud olan münaqişələrin güc yolu deyil, siyasi anlaşmalar vasitəsi ilə həllinə tərəfdardır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar