Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib
Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı taekvondoçumuz Radik İsayev qazandırıb. Qazeta.info Apasport.az saytının məlumatına əsasən bildirir ki, +80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Vladislav Larinə qalib gəlib.
Nəticədə İsayev çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.
Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.
Fəxri kürsüyə qalxan İsayevə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.
Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.