Azərbaycan prezidenti: Qarşılıqlı əməkdaşlığı və sülhü təşviq etməliyik
10.03.2016 554 0.0 0

“Çox  şadam ki, bu Forum bir ənənəyə çevrilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa dövrdə uğurlu beynəlxalq təchizata çevrilib”.
 
Məlumatına görə, bunu bu gün keçirilən IV Qlobal Bakı Forumunun açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, hər bir beynəlxalq forumun səviyyəsi iştirakçılardan asılıdır: “Forumda 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak edir. Hazırda regionumuzda da münasibətlər kəskinləşir, köhnə münaqişələr həllini tapmayıb, yeni münaqişə ocaqları yaranır. Bizim əsas məqsədimiz öz rolumuzu bir hökumət, siyasətçi kimi oynamaqdan ibarətdir. Çalışmalıyıq ki, əməkdaşlıq və qarşılıqlı hörmət yaradaq. Orta Şərqdə, Avropada olan vəziyyət, qaçqınlar məsələsi son illər qarşılaşdığımız problemlərdir. Forumda bu məsələlər nəzərdən keçiriləcək. İştirakçıların bilik və səviyyəsi bu problemlərdən çıxış yolu tapmağa kömək edə bilər. Qarşılıqlı əməkdaşlıq və sülhü təşviq etməliyik”. 
 
Prezident İlham Əliyev bildirib ki, dünyanın müxtəlif yerlərində müxtəlif addımlar atılır: “Qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq. Digər ölkələrin daxili işlərinə qarışmanın yaratdığı çətinliklər o problemləri yaradan ölkələr üçün də çətinliklərə yol açır. Biz hamımız bir-birimizə hörmətlə yanaşmalıyıq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar