Azərbaycan Prezidenti moldovalı həmkarını təbrik edib
26.08.2017 733 0
Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İqor Dodona təbrik məktubu göndərib.
Qazeta.info xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm."
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər