Azərbaycan prezidenti Fransa prezidentinə başsağlığı verib
14.11.2015 478 0
Azərbaycan prezidenti İlham Əliyev Fransa Respublikasında baş verən terror hadisəsi iıə əlaqədar Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı verib.
Qazeta.info bildirir ki, ünvanlanan məktubda deyilir:
"Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda
Hörmətli cənab Prezident,
Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm."
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər