«Azərbaycan pilotsuzu 9 erməni əsgəri öldürdü»
13.05.2016 1006 0.0 0


Dağlıq Qarabağa könüllü gedən erməni polkovnik-leytenant Gevorq Azoyan Azərbaycanın pilotsuz təyyarəsinin hücumundan danışıb. “news.am” saytına istinadla verilən məlumata görə, o  deyib ki, erməni əsgərlər başlarının üstündə uçan aparatın sadəcə şəkil çəkdiyini düşünürdülər.

“Amma pilotsuz təyyarə birdən yerə düşdü. Daha sonra təyyarənin  partlaması və yanğına səbəb olması hamı üçün gözlənilməz oldu. Əsgərlərin bəzisi yerindəcə öldü. Qalanları isə ya xəstəxanaya aparılarkən yolda, ya da xəstəxanada keçindilər”, - deyə Azoyan bildirib.

O deyib ki, Talış kəndi ərazisində baş verən hücum nəticəsində həmin gün 9 erməni əsgər məhv edilib.

 

 

47 yaşlı polkovnik-leytenant Azoyan da həmin hadisə zamanı yaralanıb və xəstəxanada müalicə olunub. O, birinci Qarabağ müharibəsində də iştirak edib və yaralanıb. 

Aprelin 4-də baş verən döyüşlər zamanı Azoyan cəbhə xəttinə gəlib. Könüllü Azoyan yaralandıqdan sonra İrəvanda yerləşən xətəxanaya gətirilib.

Ümumiyyətlə, aprelin 2-dən 5-nə qədər cəbhə xəttində baş verən gərginliklər zamanı Ermənistanda əsgər çatışmazlığı yaranmışdı. Həmin vaxt Ermənistan rəhbərliyi Dağlıq  Qarabağa könüllülər göndərmişdi. Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən erməni könüllüləri də məhv edilmişdi. 

Bundan başqa, aprel gərginliyi zamanı Ermənistanı ən çox narahat edən isə Azərbaycanın pilotsuz təyyarələri idi. Bu təyyarələr İsrail istehsalıdır. Rəsmi İrəvan İsrailə təyyarələri Azərbaycana satması ilə bağlı etirazını bildirmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar