Azərbaycan özünüməşğulluq proqramını genişləndirir
21.11.2017 775 0.0 0

Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. 

 

 

 

Məlumata görə, bu barədə parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, gələn il aqrar sektorda 6,2% artım gözlənilir: "Aqroparklardakı işlər üçün 133 mln. manat dövlət investisiyası olmaqla 219 mln. manat vəsait ayrılıb".

Ş.Mustafayev əlavə edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7%, turizm sahəsində 6,6%, nəqliyyat sektorunda isə 2,5% artım proqnozlaşdırılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar