Azərbaycan öz məhsullarını ABŞ-a ixrac edir
19.11.2015 436 0.0 0

Azərbaycan artıq öz məhsullarını Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixrac edir. Məlumata görə, bu barədə ABŞ Ticarət Departamentinin rəsmisi Maykl Lalli məlumat yayıb.

Lalli çıxışı zamanı Amerika ilə Azərbaycan arasında böyük ticarət əlaqələrinin qurula biləcəyini deyib.

“Bakıya səfərim zamanı iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq etmək üçün böyük potensialın olduğunu gördüm. Hazırki ticarət missiyasının da məqsədi yeni ixrac imkanları yaratmaq, Azərbaycana yeni investisiyalar cəlb etməkdən ibarətdir. Bu da öz növbəsində iki ölkə arasında daha sıx iqtisadi əlaqələrin yaranmasına imkan yaradacaq.” - deyə Maykl Lalli bildirib.

Hazırda Azərbaycanda olan ABŞ Ticarət Missiyası tərkibində Amerikanın 15 şirkəti iştirak edir. Missiya noyabr ayının 20-nə kimi fəaliyyət göstərəcək.

Missiyada “Bloomberg LP”, “Capstone Turbine”, “Dow”, “Honeywell”, “Thomson Reuters”, “Turner International” kimi şirkətlər iştirak edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar