Siyasi cəhətdən qeyri-sabit olan dünyada güclü ordu ölkələrin inkişafına və nüfuzuna təsir edən əsas amillərdən biridir. Odur ki, hər il olduğu kimi bu il də "Global Firepower" analitik şirkəti dünyada ən güclü ordusunun hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirib.
Məlumata görə, 126 ölkə arasında aparılan qiymətləndirmədə Azərbaycan 60-cı yerdə qərarlaşıb. Reytinqin hazırlanmasında əsas kriteriyalar olaraq ölkə əhalisinin sayı, orduların gücü, müdafiə büdcəsi, donanma, aviasiya və tankların sayı götürülüb.
Siyahıda ilk yeri ABŞ, ikinci yeri Rusiya ordusu tutub. Çin üçüncü, Hindistan dördüncü olub. İlk onluğa həmçinin Yaponiya, Türkiyə, Böyük Britaniya, Fransa və Almaniyanın Silahlı Qüvvələri daxildir.
Siyahının ilk onluğu
Qonşu ölkələrimizdən Rusiya və Türkiyə ilk onluğa düşə bilib. Digər iki qonşumuz İran (21) və Qazaxıstan (53) Azərbaycanı qabaqlaya bilsə də, Gürcüstan 80-ci, Türkmənistan 86-cı yerdə qərarlaşıb. Azərbaycanın ərazilərini işğal edən, bir neçə gün öncə cəbhədə vəziyyəti gərginləşdirən, lakin layiqli cavab alaraq geri otuzdurulan Ermənistan (94) ordusu siyahının sonlarında özünə yer edə bilib.
Belə ki, 9 milyondan artıq əhalisi olan Azərbaycan Ordusunun müdafiə xərcləri 3 milyard dollardan çoxdur. Tank sayı 314, hərbi təyyarə 127 ədəd kimi göstərilib.
Ermənistanda isə 3 milyondan çox əhalinin müqabilində müdafiə xərcləri 225 milyon dollardır. Tank sayı 116, hərbi təyyarələr isə 63-dür. Cəbhədə son günlər keçirilən hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusunun xeyli sayda hərbçisi ilə yanaşı onlarla hərbi texnikası, tank və artilleriya avadanlıqları da məhv edilib.
Siyahınının son beşliyi isə belədir:
Siyahıda son beşlik
"Global Firepower" analitik şirkəti müntəzəm olaraq dünyanın ən güclü ordularının siyahısını tərtib edir.
Ötən ilki siyahıya nəzər salsaq, siyahının liderlərinin dəyişmədiyini görə bilərik. Ötən ilin reytinqində Azərbaycan ordusu 63-cü yerdə idi. /anspress/