Azərbaycan neftinin ucuzlaşması davam edir
09.12.2015 567 0.0 0

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar artaraq 38,11 dollar təşkil edib.

Məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar artaraq 40,73 dollar olub.

Bildirək ki, Azərbaycan neftinin ucuzlaşması davam edir. London birjasında keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,29 dollar və ya 0,69% azalaraq 41,58 dollar təşkil edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar