Azərbaycan neftinin SON QİYMƏTİ ucuzlaşıb
15.03.2018 800 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 13-də 60,54 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 13-də 64,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar