CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 64,69 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,36 dollar/barel azdır. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 64,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 27-də 61,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 27-də 63,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel azdır./Trend/