Azərbaycan neftinin SON QİYMƏTİ - Dəyişib
02.08.2017 830 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 53,60 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,07 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 53,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,085 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 31-də 50,68 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 31-də 51,79 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar