Azərbaycan neftinin SON QİYMƏTİ bahalaşıb
29.03.2018 920 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 71,38 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,11 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 70,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 27-də 66,6 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 27-də 68,61 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar