Azərbaycan neftinin SON QİYMƏTİ - 2% bahalaşıb
04.08.2017 735 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 53,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,08 dollar/barel çoxdur.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 53,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 2-də 51,06 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 1,24 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 2-də 52,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar