Azərbaycan neftinin SON QİYMƏTİ
02.11.2017 709 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 62,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,73 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 61,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 31-də 58,95 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 31-də 60,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar