CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 57,92 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,13 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 57,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 4-də 54,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 4-də 56,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,15 dollar/barel çoxdur.