Azərbaycan neftinin qiyməti aşağı düşüb
04.05.2022 16136 0
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,92 ABŞ dolları, yaxud 1,70 % azalaraq 110,70 ABŞ dollarına düşüb.
Bu barədə neft bazarındakı mənbə məlumat verit.
Dünən “Brent” markalı neftin bir bareli 107,34 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər