Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20.01.2022 490 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 92,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 91,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,95 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 90,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel çoxdur./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər