Azərbaycan neftinin qiyməti 57 dolları keçib
02.03.2017 763 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar və ya 0,56% azalaraq 53,53 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar və ya 0,44% azalaraq 56,11 dollar olub.

 

Neftin cüzi ucuzlaşmasına ABŞ-da ardıcıl olaraq 8 həftə ərzində neft ehtiyatlarının artması barədə məlumatlar səbəb olub. 

 

Azərbaycan nefti bir dollara yaxın bahalaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,84 dollar və ya 1,48% artaraq 57,52 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar