Azərbaycan neftinin qiyməti 55 dolları keçib
02.12.2016 822 0
Dünya birjalarında neft yenidən ucuzlaşıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar azalaraq 50,65 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,63 dollar azalaraq 53,31 dollar olub.
Bir barelinin dəyəri 54,02 dollara yüksələn Brent nefti 16 aylıq maksimumu yenilədikdən sonra cüzi ucuzlaşıb.
Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,47 dollar və ya 6,72% artaraq 55,11 dollar təşkil edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər